10 C
Baku
Thursday, December 12, 2024

İlham Əliyev icbari sığortalar haqqında qanuna dəyişiklik etdi

Azərbaycanda icbari sığorta şəhadətnaməsinə ən azı 5 il müddətində əlçatanlıq təmin ediləcək.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İcbari sığortalar haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna edilmiş dəyişikliklə sığortaçı və İcbari Sığorta Bürosu sığortalının və ya sığorta olunanın elektron sənəd formasında olan icbari sığorta şəhadətnaməsinə ən azı 5 il müddətində əlçatanlığını, habelə onu kağız daşıyıcıya keçirmək və elektron poçt ünvanına yönləndirmək imkanını təmin etməlidir.

Son xəbərlər
Digər xəbərlər