“Bir daha bildirirəm. Beynəlxalq qurumlar, ekspertlər gələcək və bütün ziyan hesablanacaq”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezidentin rəsmi instagram səhifəsində paylaşılan qısa videoda deyir. Həmin video işğaldan azad edilmiş Cəbrayıl şəhərində çəkilib.
Prezident Ermənistana qarşı təzminat davasının açılavağını bildirir: “30 il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Onlara qarşı təzminat davası açacağıq”.
Prezident Kəlbəcərdə ermənilərin köç etməsi zamanı yaşayış məntəqələrinə “od vurmasını belə şərh edir: “Bu günlərdə Kəlbəcəri dağıdan və meşələri qıran, binaları və məktəbləri yandıran onun da hesabın görəcək”.
“Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra heç bir Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq” – deyə, Ali Baş Komandan deyir.
View this post on Instagram