12 C
Baku
Monday, November 25, 2024

İlham Əliyev: Kəlbəcərdəki kilsələr qədim Qafqaz Albaniyasına məxsusdur

“Kəlbəcərin böyük abidələri bizim sərvətimizdir. Həm məsçidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Onu da Azərbaycan xalqı yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyasına məxsudur”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev həftənin çərşənbə günü Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa müraciətində deyir.

“Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu heç kəsə sirr deyil. Sadəcə olaraq erməni “tarixçiləri” və saxtakarlar, saxtakarlıq edərək qədim Alban kilsələrini erməniləşdiriblər. Öz yazılarını ora əlavə ediblər. Bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaqla kifayətdir. 1800-cü illərdə Çar Rusiyası Alban kilsələrini ləğv edərək, bütün mülkiyyətini erməni qriqoryan kilsələrinə verdi. Erməni keşişləri və onların havadarları bu kilsələri mənimsəməyə başlamışlar. Qafqaz Albanıyasını sildirmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma, biz buna imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər bütün dünya ictimaiyyətinə çatdırılır. Qafqaz Albaniyası böyük dövlət olub, onun da paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan kilsələr bizim tarixi mədəni sərvətimizidir. Biz bu kilsələri qoruyuruq”.

 

Son xəbərlər
Digər xəbərlər