Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycanın Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi vurğulanıb.
Prezident İlham Əliyevin Həştərxana səfərləri məmnunluqla xatırlayıb və bu səfərlərin əlaqələrimizin genişlənməsinə töhfə verdiyi xüsusi qeyd edilib.
Söhbət zamanı ticarət dövriyyəsinin artırılması, ticarət və nəqliyyat-logistika sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib. Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində uğurla həyata keçirilən layihələr yüksək qiymətləndirilib.
Görüşdə bu gün açılışı olacaq Həştərxan İşgüzar Mərkəzinin əhəmiyyəti qeyd edilib, Bakı ilə Həştərxan arasında birbaşa müntəzəm hava əlaqəsinin yaradılmasının əməkdaşlığın genişlənməsi baxımından önəmi vurğulanıb.
Söhbət zamanı Azərbaycanın Rusiya Federasiyasının Həştərxan vilayəti ilə əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.
Sonda Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.
Saat 11:06
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.