12 C
Baku
Sunday, November 17, 2024

İlham Əliyev sifariş verdi – Türkiyənin milli avtomobilini ilk Azərbaycan alacaq

Türkiyənin milli avtomobilini ilk Azərbaycan alacaq.

Banker.az “CNN türk”ə istinadən xəbər verir ki, bu barədə məlumat Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən AK Partiyanın iclasında verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında TOGG avtomobilini sifariş verdiyi qeyd olunub.

Qeyd edək ki, oktyabrın 29-da  “TOGG”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi keçirilib. 2023-cü ilin sonunadək 25 minədək avtomobil istehsal edilməsi planlaşdırılır.

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyə elektromobillərin satışından 50 milyard dollar gəlir əldə etməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər