5 C
Baku
Saturday, December 14, 2024

İlham Əliyev türk dövlətlərinin başçılarını Qarabağ və Şərqi Zəngəzura səfərə dəvət edib

“Ermənistan işğal zamanı bizim ərazilərimizdə 1 milyondan çox mina basdırıb. Vətən müharibəsindən keçən 2 il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb”.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır: “Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Böyük qayıdış proqramının icrasına başlamışıq. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi, bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara 3 dəfə səfər edib, Şuşada, Füzulidə, Zəngilanda, Cəbrayılda olub. Mən digər türk dövlətlərinin başçılarını da Qarabağ və Şərqi Zəngəzura dəvət edirəm”.

Son xəbərlər
Digər xəbərlər