11 C
Baku
Monday, November 25, 2024

İlham Əliyev və Ərdoğan Əhmədbəyli-Füzuli-Şuşa yolunda tikinti işlərinin gedişi ilə tanış olublar

Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyev qarşılayıb. Daha sonra dövlət başçıları Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak ediblər.

Son xəbərlər
Digər xəbərlər