İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ukraynadakı vəziyyəti müzakirə edib.
Bu barədə müzakirə M.Draqinin martın 8-də Prezident İlham Əliyevlə telefon danışığı zamanı baş tutub.
Telefon söhbəti zamanı regional mövzular, o cümlədən Ukraynada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, martın 8-də İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.