Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçiriləcək.
Banker.az xəbər verir ki, Ş.Mişel, həmçinin ayrı-ayrılıqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
Bu, tərəflər arasında keçiriləcək üçüncü görüş olacaq. Brüsseldə əvvəlki görüşlər 2021-ci ilin dekabrında, ikinci görüş bu ilin aprelində baş tutub.