İlham Əliyev: “Yeni Baş nazirə kadr islahatları aparmağı tapşırmışam”

Prezident İlham Əliyev Baş Nazir vəzifəsinə gətirilən Əli Əsədova verdiyi tapşırıqlardan danışıb.

Dövlət başçısı yeni Baş Nazirə kadr islahatları aparmağı tapşırdığını bildirib:

“Yeni hökumət qarşısında bir sıra vəzifələr qoyulub. Mən Əli Əsədovu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısında qoymuşam ki, iqtisadi artım daha da qaldırılmalı, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları aparılmaldır. Müasir, dünya görüşlü, müasir iqtisadiyyatı bilən, bilikli gənc kadrlar işə cəlb edilməlidir. Biz 21-ci əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklər ilə biz necə gələcəyə gedə bilərik?! Nə qədər biz təbii resurslara arxalanaraq inersiya yolu ilə gedə bilərik?!”

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər