21 C
Baku
Thursday, April 25, 2024

İlham Əliyevdən “Azərbaycanın daimi Prezidenti” təklifinə münasibət

Bugün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər

Görüşdə şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov təklif edib ki, İlham Əliyevə “Azərbaycanın daimi Prezidenti” adı verilsin.

“Mənim uzun müddətdir qəlbimdə gəzdirdiyim bir fikrim var, onu çatdıracağam. Mən bütün qədirbilən xalqımızdan xahiş edirəm, mənim fikrimi təsdiq etsin, alqışlasın. Bizim qanunverici orqanımız olan Milli Məclisdən xahiş edirəm ki, Müzəffər Ali Komandan, Prezidentimiz cənab İlham Əliyevə “Azərbaycanın daimi Prezidenti” adı verilsin. Xahiş edirəm ki, xalqımız da, Milli Məclis də bunu qəbul etsin”, – Nəriman Həmidov deyib.

Prezident İlham Əliyev təklifə belə cavab verib: “Mən veto qoyacağam ona, mənim belə hüququm var. Çox sağ olun, təşəkkür edirəm, sağ olun”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər