10 C
Baku
Thursday, December 26, 2024

İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib – Yenilənib

13:22

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.

Banker.az xəbər verir ki, dövlət başçısına paytaxtın Yasamal rayonu ərazisində yerləşən parkda görülən işlər barədə məlumat verildi.

Qeyd edək ki, Mərkəzi Parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Parkın ikinci hissəsinin açılışı isə 2022-ci il dekabrın 30-da olub. Prezident İlham Əliyev açılışda iştirak edib.

Bildirildi ki, növbəti mərhələdə isə Mərkəzi Parkın üçüncü hissəsinin 9 hektar ərazisi tam abadlaşdırılıb, burada ən müasir tələblərə uyğun yeni istirahət zonası yaradılıb. Parkın yeni hissəsinin ümumi ərazisi illərdir yığılıb qalmış tullantılardan təmizlənib, torpaq səthi dəyişdirilib və müvafiq aqrotexniki tədbirlər görülüb.

Ümumilikdə parkın bu hissəsinin 7,4 hektarında 19 növdə 3 min 500 ağac, 25 mindən çox gül və kol bitkiləri əkilib. Burada yaşıllaşdırmanın daha səmərəli olması üçün əraziyə 60 min kubmetrə yaxın münbit torpaq tökülüb, müasir suvarma sistemi qurulub.

Mərkəzi Parkın yaşıllaşdırma konsepsiyasının əsas xüsusiyyəti bu istirahət məkanının ilin fəsillərini özündə əks etdirməsidir. Layihənin ən mühüm xüsusiyyətlərindən biri piyadaların Abdulla Şaiq küçəsinin hərəkət hissəsindən keçmədən maneəsiz gediş-gəlişi üçün yeraltı tunelin inşa edilməsidir. Onun inşası ilə Mərkəzi Parkın 1-ci, 2-ci və 3-cü hissələri arasında tam bağlantı yaradılıb. Ərazidə 3 fəvvarə kompleksi inşa edilib, idman qurğuları quraşdırılıb, uşaq əyləncə, həmçinin futbol-basketbol meydançaları, yaşlı insanların asudə vaxtlarının səmərəli təşkili üçün şahmat və stolüstü oyun meydançaları salınıb. Həmçinin burada süni göl və ətrafında söhbətgahlar yaradılıb ki, bu da şəhərimizin qonaqlarının və sakinlərin istirahətlərini daha maraqlı etmək üçün mühüm rol oynayır.

İstirahət parkında müasir işıqlandırma sistemi də qurulub. Ərazinin abadlaşdırılması zamanı burada XIX əsrin sonu – XX əsrin əvvəllərində inşa edilən və yerli sakinlər arasında “Təndir Hamamı” kimi tanınan tarixi memarlıq abidəsi bərpa edilərək əvvəlki simasına qaytarılıb. Parkın ətrafındakı tarixi və digər yaşayış binaları əsaslı təmir olunub, Süleyman Tağızadə və Nabat Aşurbəyova küçələrinə yeni asfalt örtüyü döşənib, piyada səkiləri və parklanma yerləri yaradılıb, işıq dirəkləri quraşdırılıb və digər işlər görülüb.

Ümumilikdə Mərkəzi Parkın üçüncü mərhələsinin tikintisi yekunlaşdıqdan, ərazidə yeni yaşıllaşdırma və abadlıq işləri görüldükdən sonra Təzəpir məscidi kompleksinin və Süleyman Tağızadə küçəsində yerləşən İmam Hüseyn” məscidinin mənzərəsi tam olaraq açılıb.

Beləliklə, Mərkəzi Parkın üçüncü hissəsinin istifadəyə verilməsi ilə keçmiş “Sovetski” adlanan ərazidə salınan parkın ümumi sahəsi 35,4 hektara çatdırılıb və bura paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi son illərdə daha da artıb. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işlərinin davamlı xarakter aldığını nümayiş etdirir. Mərkəzi Parkın yeni istifadəyə verilən üçüncü hissəsi də paytaxtımızın daha da gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.

***

10:17

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.

Banker.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

0d6ce8e8 4a44 3a55 ab0d 737cb716ddf6 850 ee2bc02a ff1f 3c6a a461 6f93a6b356b6 f8aedadc 1ae7 3997 bef5 b2d5b82a7026 scaled f85dd268 1bee 329b 981d 24354e4cdba2 5cd4a6cf 425d 378d ad2d a6f2aa611309 scaled 1fb063c5 a980 39eb bbe7 ce82fd772d4d a10b88bc e4f2 323a afc5 1c30e59d4aa9 fcff75b9 3f49 3e3f be70 428a31ba9204 8f1e8d62 bd9f 37d8 b873 056c9f578101 7eb2a19c c328 3d01 b119 987f8a98d6b8 a3ff0c0c ae1e 348f bf54 a9c445b9c669 b76dfecf 0801 30f8 acc5 9d1e5bc7fb02 49efd8f4 99c5 3057 9af0 da8c2175fe83 cc62873f df4d 3da5 b573 fe6d22a42b0a 64dd3156 ac53 36c3 92e3 d12e14344a9c b3d35c03 d2cc 30b5 b93e d4bece816c4a 47dad82d e6d7 3f10 a159 7f6c6da4b194 fcff75b9 3f49 3e3f be70 428a31ba9204 1 089dff63 1f42 3970 8de6 9bac8bc0ca57 e71f6806 8407 328c 8698 95466b779300 dc9b9008 378c 3a10 bd50 26cf0837c490 629d1650 661d 3e9a b270 3dd9f3f9c5d8 d7797f6b 46a0 3a89 834a 3a29f5864747 6783d4b4 db43 364c 9c0c c2041a43b87c 7b4bf7b5 5086 3807 b50d fe4fb170277c 68a2579b e5c4 3964 a2a2 37097047e71f 695c7d8f 6641 350b a59e 3ff200349176 a6fdb463 da74 3e1f ae9f 5b4687bc2904 695c7d8f 6641 350b a59e 3ff200349176 1 afb08a1f 167b 375c 9950 21af817d289d bc482fb9 f3c4 33d4 908a 5eea62b4a6d7 c69c0b79 38ca 3cf0 9704 c75fef754741 9b7ff7d8 f73d 3741 bb0b 1178812e824a 6b7881d9 8176 3636 adc4 3810598d1e80 0d28545c e494 3f6a a460 766012eaa3dd 1b2b3b83 a51a 33c3 a548 a5dcfbef6699

Son xəbərlər
Digər xəbərlər