24 C
Baku
Sunday, July 14, 2024

İlham Əliyev bu məsələ ilə bağlı hökumətə 4 ay vaxt verdi

“Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilib.

Banker.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Nazirlər Kabinetinə 4 ay vaxt verib.

Belə ki, Nazirlər Kabineti 4 ay müddətində dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Bundan başqa dərman vasitələrinin yeni dövlət qeydiyyatına alınması qaydası təsdiqlənəcək. Fərmana əsasən, Nazirlər Kabineti 4 ay müddətində dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Həmçinin, Nazirlər Kabineti 4 aya Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və yaradılacaq “Dərman vasitələrinin təqib və izləmə sistemi”nin formalaşdırılması, aparılması və saxlanılması ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi üçün, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görməlidir.

Son xəbərlər
Digər xəbərlər