Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib.
Banker.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, general-leytenant Hikmət İzzət oğlu Mirzəyevə “general-polkovnik”, polkovniklər Ələkbər Məhəmməd oğlu Cahangirova, Gündüz Əliş oğlu Əbdülova, Azər Əlövsət oğlu Qasımova “general-mayor”, ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə “ədliyyə general-mayoru” rütbəsi verilib.