2 C
Baku
Tuesday, January 20, 2026

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.

Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Salamlara görə minnətdarlığını bildirən Azərbaycan dövlət başçısı onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş edib.

Söhbət zamanı Məsrur Bərzaninin ölkəmizə səfərləri və Prezident İlham Əliyevlə görüşləri məmnunluqla xatırlanıb.

Görüşdə iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Son xəbərlər
Digər xəbərlər