“Erməni silahlı birləşmələrinin törətdiyi terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub. Onlardan ikisi mülki şəxsdir. Birinci dəfə deyil ki, bizə qarşı Ermənistan terror aktı törədir. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub və ya ağır yaralanıb. Dünənki terror aktı bu sıradan olan hadisə idi”
Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.