17 C
Baku
Saturday, September 27, 2025

İlham Əliyev “Sichian Sunsync Photovoltaic Technology Co” şirkətinin təsisçisi və sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində “Sichian Sunsync Photovoltaic Technology Co” şirkətinin təsisçisi və sədri Sie İ ilə görüşüb.

Görüşdə Azərbaycanla şirkət arasında gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Ələt Azad İqtisadi zonasında yaxın gələcəkdə günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək müəssisənin yaradılması ilə əlaqədar məsələlər müzakirə olunub. Vurğulanıb ki, burada istehsal ediləcək məhsulların böyük hissəsinin dünya bazarlarına ixracı nəzərdə tutulur.

Sie İ ölkəmizdə əlverişli investisiya mühitininin yaradıldığını və Azərbaycan-Çin arasında mövcud olan strateji əlaqələri nəzərə alaraq məhz Azərbaycana investisiya qoymaq barədə qərara gəldiklərini deyib.

68b41926b016568b41926b0166175663338268b41926b016368b41926b0164 68b41926c635968b41926c635a175663338268b41926c635768b41926c6358

Son xəbərlər
Digər xəbərlər