Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana səfərə dəvət edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə bu gün Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.
“Qardaş münasibətinə, səmimi qəbula görə, sadəcə olaraq, bir daha minnətdarlığımı ifadə etmək və Prezident Tokayevi gələn il istənilən uyğun vaxtda Azərbaycana dövlət səfərinə dəvət etmək istərdim”, – dövlət başçısı qeyd edib.