“Azərbaycanla qardaş Türkiyə arasında çox sıx müttəfiqlik münasibətləri qurmuşuq”.
Türkiyəyə böyük investisiyalar yatırmışıq. Türkiyəyə investisiyalarımız 20 milyard ABŞ dollarından çoxdur”.
Bunu Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında deyib.
Dövlət başçısı Azərbaycanın Gürcüstanın da ən böyük investorlarından olduğunu bildirib.
“TRIPP layihəsi ilə biz Asiyadan Xəzər dənizi üzərindən, Azərbaycan, Ermənistan, Azərbaycanın bir hissəsi olan Naxçıvan, Türkiyə və Gürcüstandan keçən mövcud dəhlizlərə əlavə olaraq yeni bir nəqliyyat dəhlizi yaradacağıq. Beləliklə, marşrutlar nə qədər çox olarsa, istehlakçılar, təchizatçılar, tranzit ölkələr üçün bir o qədər yaxşıdır. Beləliklə, biz bir ölkə olaraq həmişə regional gündəliyimizə diqqət yetiririk”, – deyə dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev paralel şəkildə gedən Ermənistan-Azərbaycan və Türkiyə-Ermənistan normallaşma prosesinin mütləq Türkiyə ilə Ermənistan, Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması ilə başa çatacağını söyləyib: “Bununla eyni zamanda geniş coğrafi ərazini, Avrasiyanın bir hissəsini dəyişdiririk. Bu da bağlantı, enerji təhlükəsizliyi, sülh, sabitlik üçün çox vacibdir və uzunmüddətli müharibələrin və münaqişələrin tərəfdaşlığa və əməkdaşlığa necə çevrilə biləcəyinin nümunəsini göstərir”.






