9 C
Baku
Friday, March 1, 2024

İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib – Yenilənib

13:25

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Banker.az xəbər verir ki, seçkilərdə inamlı qələbəsi münasibətilə Prezident İlham Əliyevə Türk Dövlətləri Təşkilatı adından təbriklərini çatdıran Kubanıçbek Ömüralıyev təşkilatın geniş müşahidə missiyası ilə bu seçkiləri müşahidə etdiklərini, Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şuşada, Xankəndidə və azad edilmiş digər ərazilərdə olduqlarını, TDT ailəsinə daxil olan başqa təsisatlarla əlaqələndirilmiş şəkildə bu seçki prosesini müşahidə etdiklərini vurğuladı. Qonaq seçkilərin çox mükəmməl və peşəkarlıqla təşkil olunduğunu qeyd etdi.

TDT-nin Baş katibi şanlı Qarabağ Zəfəri və ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması ilə əlaqədar Azərbaycan xalqının bu seçkilərdə xüsusi əhvali-ruhiyyə ilə seçki hüquqlarından istifadə etdiklərini dedi.

Kubanıçbek Ömüralıyev qeyd etdi ki, bu gün TDT-nin müşahidə missiyasının mətbuat konfransı olacaq və missiya seçkilərlə bağlı müşahidələrinin nəticələrini bəyan edəcək.

Prezident İlham Əliyev TDT-nin müşahidə missiyasının bütün üzvlərinə seçkiləri müşahidə etdiklərinə görə minnətdarlığını bildirdi.

Kubanıçbek Ömüralıyev qeyd etdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesinə və tərəfdaşlığın daha da yüksəlməsinə daim öz töhfələrini verir.

Görüşdə bu il Azərbaycanda TDT-nin qeyri-rəsmi Zirvə toplantısının keçiriləcəyi məmnuniyyətlə qeyd edildi. Təşkilatın bundan sonra da inkişafının, əməkdaşlığı və tərəfdaşlığı daha da gücləndirəcək yeni layihələrlə çıxış etməsinin vacibliyi diqqətə çatdırıldı.

***

12:05

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Banker.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Son xəbərlər
Digər xəbərlər