Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri gözlənilir.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq səfər oktyabrın 20-21-də baş tutuacaq.
Səfər zamanı yüksək səviyyəli danışıqlar aparılacaq. Dövlət başçıları, həmçinin Ali Dövlətlərarası Şuranın iclasında və Qazaxıstan-Azərbaycan biznes forumunda iştirak edəcəklər.