Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Banker.az “Ria Novosti”yə istinadən xəbər verir ki, telefon danışığı zamanı İlham Əliyev həmkarına həlak olan rus sülhməramlılarının ailələrinə maddi yardım göstərməyə hazır olduğunu, baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağını və iki ölkənin Baş Prokurorluqlarının sıx əlaqədə olduğunu bildirib.