Biz Prezident İlham Əliyevlə razılaşdıq ki, ayrıca yol xəritəsi qəbul edək, regionların üçüncü forumunu keçirək, turizm kompleksləri yaradaq.
Bunu Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.
Şavkat Mirziyoyev deyib ki, son illər Azərbaycan-Özbəkistan əməkdaşlığı genişlənib: “Parlamentlər, nazirliklər arasında əlaqələr genişlənib. Hökumətlərarası komissiyaların iclasları mütəmadi keçirilir, forumlar, sərgilər təşkil olunur. Çox şadam ki, Prezident İlham Əliyev bizim görüşümüzə Azərbayсanın biznes liderlərini dəvət edib. İnanıram ki, bunun çox ciddi nəticələri özünü çox gözlətməyəcək”.