İlham Rəhimov “Rissko” şirkətinin direktoru və Azərbaycan Hüquqşunaslar şurasının keçmiş sədridir. O 14 yanvar 1951-ci ildə Azərbaycanda doğulub. 1970-ci ildə Leninqrad Dövlət universitetinin hüquq fakultəsinə qəbul olur və 1975-ci ildə məzun olur. Hüquq elmləri doktorudur. Bununla yanaşı Vladimir Putinin kurs yoldaşı və dostudur. Onlar tələbə olarkən belə bir hadisə baş vermişdi… İkinci kursun sonunda Putin avtomobil alır.

20.07.1996-cı ildən 15.11.1999-cu ilə qədər Bakıda yerləşən Ali diplomatik kollecinin prorektoru olmuşdur. 16.11.1999-cu ildən isə “Lukoil Azırbaycan” neft şirkətinin hüquqi bölməsinin rəisi vəzifəsini tutmuşdur. Bundan əlavə, 2001-ci ildən Azərbaycan Hüquqşunaslar şurasının sədridir.

Bundan əlavə İlham Rəhimov 2003-cü ilin noyabrında “Trade Investments” şirkətinin əsasını qoyur. Həmçinin o “Grand titul”, “Panorama” və s. şirkətlərin də təsisçi və həmtəsisçisidir.
Bütün bunlarla yanaşı, İlham Rəhimov elmi fəaliyyəti ilə də məşhurdur. Onun elmi əsərləri aşağıdakılardır:
- İslah-əmək təsirinin nəzəri və praktiki problemləri (Bakı, 1981);
- Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi (Bakı, 1987);
- Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri (Bakı, 1998);
- Cinayətkarlıq və cəza (Moskva, 2012);
- Cinayət və cəzanın fəlsəfəsi (Sankt-Peterburq, 2013)







