25 C
Baku
Monday, August 25, 2025

“İlham, sən böyük lidersən” – Tramp hədiyyə göndərdi

ABŞ lideri Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə maraqlı hədiyyə göndərib.

Hədiyyə Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin görüşündə çəkilmiş fotolardan ibarətdir.

Tramp həmin fotoların üzərinə ürək sözlərini də yazıb.

Fotoların birində Trampın imzası ilə “İlham, sən böyük lidersən”, digərində isə “İlham, sən böyüksən” sözləri əksini tapıb.

Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində rəsmi “X” hesabı vasitəsilə ABŞ liderinə təşəkkür edib:

“Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm”.

1 6 scaled
Son xəbərlər
Digər xəbərlər