29 C
Baku
Thursday, July 25, 2024

İlham Şabah: “Mərkəzi Bankın sərt metodlardan qaçma siyasəti devalvasiyaya səbəb ola bilər”

“Manatın kursunun tənzimlənməsində Mərkəzi Bank artıq sərt metodlardan qaçmaq siyasətini elan edib”

Bunu SalamNews-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban deyib.

O bildirib ki, Mərkəzi Bankın artıq sərt metodlardan qaçma siyasəti 2016-ci ildə növbəti devalvasiyanın baş verməsinə səbəb ola bilər: “Bu siyasəti Maliyyə Nazirliyi də dəstəkləyib. Belə hal baş verərsə, daxili bazarda enerji daşıyıcılarının qiymətinin dəyişməsi mümkündürmü? Əslində bunun heç bir məntiqi yoxdur. Çünki, daxili bazarın dünya bazarı ilə heç bir əlaqəsi yoxdur. Burada xarici şirkətlər, xarici oyunçular və bazar iqtisadiyyatının qanunları heç də tətbiq olunmur. Hər bir şey əzəldən dövlətin qoyduğu “oyun qaydaları” ilə tənzimlənir və Tarif Şurası da qiymət nəzarətçisi rolunda çıxış edir. Qiymətin korrektəsi o zaman baş verir ki, hər hansı xidmət ziyanlı olur”.

“Beynəlxalq enerji agentlikləri neftin qiymətlərinin bu illə müqayisədə bir qədər artacağını proqnoz edirlər. Yəni, cari il üçün orta qiymət korrektə ediləndən sonra 54 dollara endirilibsə, gələn il üçün bu rəqəmin 57-58 dollar olacağı nəzərdə tutulur. Ancaq onu deyim ki, bu qiymət ilin sonuna kimi bir-neçə dəfə korrektə ediləcək. Çünki, gündəmdə İran neftinin bazara çıxmasından sonra, bazarda gedəcək proseslərin hansı istiqamətə yönəlməsi məsələsi var”, – deyə ekspert əlavə edib.

Son xəbərlər
Digər xəbərlər