“Mol Bulak” BOKT MMC ötən ili 1,6 mln. manatlıq xalis mənfəətlə bitirib.
Banker.az xəbər verir ki, bu barədə BOKT-un 2018-ci il üzrə Audit Hesabatında deyilir.
Hesabat dövrü ərzində “Mol Bulak”ın cəmi gəlirləri 5,5 mln. manat, cəmi faiz xərcləri isə 0,32 mln. manat təşkil edib.
Cəmi gəlirləri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 27%, cəmi xərcləri isə iki dəfəyə yaxın aalıb və bunun nəticəsi olaraq xalis faiz gəliri 5,2 mln. manat olub.
Kredit Təşkilatının cəmi aktivləri 40% böyüyərək 16,19 mln. manat olub. Burada 13,27 mln. manat kredit portfelidir.
“Mol Bulak”ın cəmi öhdəlikləri kəskin artmaqla 5,4 mln. manata çatıb. Bunun da əsas səbəbi BOKT-un digər maliyyə təşkilatları qarşısında borcunun artmasıdır. Hazırda bu borc 4,9 mln. manatdır.
Xatırladaq ki, “Mol Bulak” BOKT MMC-nin nizamnamə kapitalı 10,4 mln. manatdan çoxdur və səhmlərinə bir səhmdar olan Qırğz Respublikasında dövlət qeydiyyatına alınan “Gascoyne Investment Ltd” nəzarət edir.