7 C
Baku
Şənbə, Yanvar 22, 2022

İlin ən yaxşı smartfonları açıqlanıb

“DxOMark” laboratoriyası 2020-ci ilə yekun vuraraq ən yaxşı smartfonları açıqlayıb. Bu barədə “GizmoChina” nəşrinin laboratoriyanın “Weibo” sosial şəbəkəsindəki hesabına istinadən məlumatında deyilir.

Populyar reytinq mütəxəssisləri tərəfindən üç kateqoriyada ən yaxşı smartfonlar seçilib. Ən yaxşı kameraya malik qurğu “Huawei Mate 40 Pro” olub. Laboratoriyanın saytında müvafiq reytinqə başçılıq edən smartfon 50, 12 və 20 meqapikselli üç “Leica” kamerası ilə təchiz olunub. Xüsusi “Xiaomi Mi 10 Extreme Commemorative Edition” versiyası ən yaxşı zuma malik smartfon seçilib. Qurğu 108, 13, 2 və 2 meqapikselli sensorlu kamera ilə təchiz edilib.

“Ən yaxşı ekrana malik smartfon” kateqoriyasında “Samsung Galaxy Note20 Ultra” qalib gəlib. Ekspertlər tərəfindən onun 3088х1440 pikselli, “HDR10+” dəstəkli və 120 giqahers yeniləmə tezlikli 6,9 düymlük “Dynamic AMOLED 2X” ekranı qiymətləndirilib.
Əlavə olaraq mütəxəssislər ən yaxşı “ağıllı” kolonkanı seçiblər. Kateqoriyada “Xiaomi XiaoAI Speaker HD” qalib olub. “DxOMark” laboratoriyasının saytında ümumi reytinqdə “Xiaomi” qurğusu 109 bal qazanaraq üçüncü pilləyə yüksəlib.

Mənbə:İctnews
Son xəbərlər
Oxşar xəbərlər