10 C
Baku
Sunday, December 22, 2024

İlin əvvəlindən Azərbaycan istiqamətində 1 milyon tona yaxın Qazaxıstan nefti nəql edilib

2024-cü ilin yanvar-avqust aylarında Aktau limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istiqamətində 950 min tondan çox Qazaxıstan nefti nəql edilib.

Bu barədə “KazTransOil”dəki (Qazaxıstanın magistral neft kəmərinin milli operatoru) mənbə bildirib.

“2024-cü ilin yanvar-avqust aylarında “KazTransOil” Aktau limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində 954 min ton Qazaxıstan nefti nəql edib”, – deyə mənbə qeyd edib.

Şirkətdən bildirilib ki, təkcə 2024-cü ilin avqustunda Aktau limanında BTC neft kəməri istiqamətində 117 min ton Qazaxıstan nefti göndərilib.

Həmçinin qeyd edilib ki, 2024-cü ilin sonuna qədər bu istiqamətdə daşımaların həcmi ilə bağlı planlarda heç bir dəyişiklik yoxdur.

“2024-cü ildə “KazTransOil” Aktau limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində 1,5 milyon tona qədər Qazaxıstan nefti nəql etməyi planlaşdırır. Şirkət nefti yükgöndərənlərin müraciətləri əsasında Qazaxıstanın Energetika Nazirliyi tərəfindən təsdiq edilən neft nəqli cədvəlinə uyğun olaraq nəql edir”, – deyə mənbə vurğulayıb.

Qeyd edək ki, 2023-cü ilin yekunları üzrə “KazTransOil” Aktau limanında tankerlərə 3,376 milyon ton Qazaxıstan nefti yükləyib ki, bunun da 1,057 milyon tou Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində nəql edilib. Ümumilikdə, 2023-cü ildə Qazaxıstan BTC ilə 1,392 milyon ton neft nəql edib ki, bu da 2022-ci illə müqayisədə 5,5 dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər