6 C
Baku
Sunday, January 12, 2025

İlin əvvəlindən bank sektorunda baş verən ən vacib hadisələr – Xronologiya

İlin əvvəlindən 3 ay keçməsinə baxmayaraq, bu qısa müddət ərzində bank sektorunda bir çox dəyişikliklər baş verdi. Banker.az saytı olaraq xronoloji şəkildə bu sektorda baş verən ciddi hadisələri təqdim edirik.

Nəzərinizə çatdıraq ki, 2015-ci ildə alınmış qərarlar əslində ötən ilin sonunda aktual olan məsələlərdir. Buna görə də, ötən il baş vermiş bəzi vacib qərarlar haqqında da məlumat vermək istərdik.

İlk növbədə elə bankların məcmu kapitalı ilə bağlı ciddi dəyişikliklərin etməsini xatırladaq. Mərkəzi Bankın nizamnamə kapitalını 50 mln manata çatmayan bankların bağlanması haqqında qərar verdi. Qərara əsasən banklar ilin sonunadək, tələbi yerinə yetirməli idilər. Qərarın yerinə yetməsi üçün verilmiş tarixin bitməsinə çox az qalmış bir neçə bankın heç bir açılmama verməməsinə baxmayaraq, qərarın son günü həmin banklar nizamnamə kapitalı haqqında tələbi yerinə yetirdilər.

Prezidentin faizlərin endirilməsilə bağlı fərmanı – 25 Dekabr

Prezident “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” fərmanda kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş verib. Fərmana görə,isə  Mərkəzi Bankına kommersiya banklarının kreditləri üzrə, eləcə də kreditlər və tənzimləyicinin uçot dərəcəsi üzrə faiz dərəcələri arasında fərqin azaldılması ilə bağlı faiz dərəcələrinin aşağı salınması barədə tədbirlərin görülməsi tapşırılmışdır.

Həmin fərmandan təxminən bir ay sonra – 29 yanvar

Prezident İlham Əliyev: Bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək.   Prezident İlham Əliyevin sözlərinə görə manatın məzənnəsi isə burada önəmli rol oynayır. Ona görə, müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın. Prezidentin çıxışından aydın olur ki, manatın avro və dollara nisbətdə ucuzlaşdırılması qaçılmaz olacaq.

E.Rüstəmovun əhaliyə yumşaq devalvasiya olacağını vəd etməsi

Dəfələrlə AzTV ekranından əhalini manatın sabit qalacağına əmin edən dövlət rəsmisinin dünənki açıqlaması əhali tərəfindən birmənalı qarşılana bilməzdi.  Nəticədə zərbə əhaliyə dəydi. Təbii ki, yumşaq develvasiya vəd edən Mərkəzi Bankın kəskin məzənnə azalmasına getməsi gözlənilən deyildi.Mərkəzi Bank yumşaq devalvasiya olacağına dair açıqlama və vədlərin verməsinə baxmayaraq, əslində kəskin devalvasiya getdi.

Və həmin Qara Şənbə -21 Fevral

Mərkəzi Bankdan gözlənilməz şok qərar gəldi.  Dollar kəskinşəkildə bahalaşdı. Baxmayaraq ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov yumşa devalvasiyanın olacağını söyləmişdi.  Manat və bank sistemi isə illərlə yığdığı etimadı itirdi. Mərkəzi Bank 1 dolların məzənnəsini 1 manat 5 qəpik, 1 avronun məzənnəsini isə 1 manat 19 qəpik həddində müəyyən etdi.

Banklar dollar satışını dayandırdı

Bakıda günlərlə dollar qıtlığı yarandı.  Banklarda və valyutadəyişmə məntəqələrində yenə dollar ajiotajı yaşandı.  Hətta böyük banklar belə dollar satmaqdan imtina edirdi. Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov xalqı sakit olmağa çağırdı. E.Rüstəmov Azərbaycanda manatın uzunmüddətli zəifləməsi üçün heç bir amilin olmadığını dedi.

Banklar kredit verməyi dayandırdı

Təbii ki, baş verən bu hadisələr əhaliyə mənfi təsir etdiyi kimi, banklarda da özünü biruzə verməyə bilməzdi.  Banklar kredit verməyi dayandırdı. Onu da qeyd edən ki, bu qərardan artıq bir aydan çox müddətin keçməsinə baxmayaraq hələ də bir çox banklar kreditlərin verilməsini bərpa edə bilməyiblər.

Ən böyük bank Sədrinin istefası – 18 Mart

Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının martın 18-də keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifəsindən azad edilməsi barəsində ərizəsi təmin edildi.

3 Aprel

2010-cu il aprelin 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elman Rüstəmov daha 5 illiyə Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilmişdir. Yəni Sədrin səlahiyyət müddəti bu il aprelin 6-da başa çatırdı. 3 Aprel Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edildi.

6 Aprel – Gözlənilən qərar

Elman Rüstəmov yenidən Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin seçildi.

^912F121BBFCB64CBFCA8B85994F962F4C9440B658F7E388E32^pimgpsh_fullsize_distr

Son xəbərlər
Digər xəbərlər