21 C
Baku
Tuesday, October 8, 2024

İlin əvvəlindən depozitlərin faiz dərəcəsi sürətlə enir

1 oktyabr tarixində Azərbaycanda depozitlər üzrə orta faiz dərəcəsi aşağı düşüb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ölkədə depozitlər üzrə orta faiz dərəcəsi manatla 8,85%, xarici valyuta ilə 9% təşkil edib. İlin əvvəlindən isə depozitlər üzrə orta faiz dərəcəsi azalmağa doğru gedir. Belə ki, ilin əvvəli orta faiz dərəcəsi manatla 9,42%, xarici valyuta ilə isə 9,66% təşkil edirdi.

Bununla yanaşı hüquqi şəxslər üzrə depozitlər orta faiz dərəcəsi manatla 5,40%, xarici valyuta ilə 3,27%, fiziki şəxslər üzrə isə manatla 9,41%, xarici valyuta ilə isə 9,98% təşkil edib.

Qeyd edək ki, depozitlər üzrə faiz dərəcəsinin ən yüksək vaxtı 9,42%-lə ilin əvvəlində müşahidə olunub. Cari il üzrə ən aşağı faiz dərəcəsi isə bu ay qeydə alınıb.

O cümlədən 1 aya qədər verilən depozitlər manatla 5,22%, xarici valyuta ilə 5,37% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər