Banker.az xəbər verir ki, 2014-cü il mart ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9 494,6 min nəfərə çataraq ilin əvvəlindən 17,5 min nəfər və ya 0,2 % artmışdır. Əhalinin 49,7 %-ni kişilər, 50,3 %-ni qadınlar təşkil edir. Əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfər olmuşdur. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2 %-i şəhər, 46,8 %-i kənd sakinləridir.
Doğulanların 53,6 %-ni oğlanlar, 46,4 %-ni qızlar təşkil edir.
Yanvar-fevral aylarında ölkədə 10,7 min ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 7,0 təşkil etmişdir.