9 C
Baku
Tuesday, December 24, 2024

İlin 9 ayında Azərbaycanda əmək müqavilələrinin sayı 2.4% artıb

Bu ilin 9 ayında Azərbaycanda əmək müqavilələrinin sayı 44 min və ya 2.4 faiz artaraq 1 mln. 852 min 887-yə çatıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artıma imkan yaradıb.

Yanvar-sentyabr ayları ərzində əməkhaqqı fondunda daha 6.6 faiz artım qeydə alınıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər