Britaniya qəzeti The Times, Almaniyanın kansleri Angela Merkel-i ilin ən nüfuzlu adamı elan edib.
The Times qeyd edir ki, 2014-cü ildə Merkel Şərqi Avropada, cərayan edən Rusiyanın aqresiyasına qarşı Avropanın müdafiəsində vacib rol oynayıb. Həmçinin , dərc olunan xəbərdə, kanslerin Rusiya və Qərb arasında baş verən dialoqlarda da fəal iştirak etdiyi də qeyd olunub.
Onu da qeyd edək ki, The Times qəzetinə xəbərinə görə, ötən ilin adamı adına Rusiya prezidenti Vladimir Putin layiq görülmüşdür.