19 C
Baku
Sunday, May 19, 2024

İlin birinci rübündə Azərbaycan ÜDM-i 30 mlrd. manatı ötüb

Azərbaycanda 2022-ci ilin yanvar-mart aylarında ölkədə 30 milyard 037 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.

Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6.8 faiz çoxdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.6 faiz, qeyri neft-qaz sektorunda isə 10.3 faiz artmışdır.

ÜDM istehsalının 54.1 faizi sənaye, 7.9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5.8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.7 faizi tikinti, 2.2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1.3 faizi informasiya və rabitə, 1.3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15.7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 990.9 manata bərabər olub. Qeyd edək ki, ötən il adaçnaşına düşən ÜDM 1 891.1 manat idi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər