10 C
Baku
Thursday, December 12, 2024

İlin birinci rübündə Azərbaycandan Avropaya tədarük olunan qazın dəyəri açıqlanıb

Bu ilin birinci rübündə Azərbaycandan Avropaya tədarük olunan qazın dəyəri açıqlanıb.

Bu barədə Avropa Komissiyasının (AK) Avropa qaz bazarındakı vəziyyətlə bağlı rüblük hesabatında deyilir.

Avropa İttifaqı (Aİ) ölkələri 2022-ci ilin birinci rübündə Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan 2,1 milyard avro həcmində qaz alıb.

AK il ərzində Azərbaycandan tədarükün artdığını qeyd edib. Hesabata görə, bu ilin birinci rübündə TAP vasitəsilə qaz nəqlinin xüsusi çəkisi bir il əvvəlki 1,2 faizə qarşı ümumi tədarükün 2,5 faizini təşkil edib.

“TAP Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qaz ehtiyatlarına çıxışı təmin edir ki, bu da Aİ-nin qaz təchizatı təhlükəsizliyi siyasətinin mühüm nəticəsidir”, – sənəddə vurğulanır.

Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr, 2022-ci ilin birinci rübündə isə 2,6 milyard kubmetr qaz ixrac edib. 2022-ci ildə Avropaya qaz ixracının 10 milyard kubmetrdən çox olacağı proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər