19 C
Baku
Sunday, October 6, 2024

İlin birinci yarısında hakerlər 1.38 mlrd. dollarlıq kriptovalyuta oğurlayıblar

2024-cü ilin birinci yarısında hakerlər tərəfindən oğurlanan kriptovalyutanın məbləği ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artaraq 1.38 milyard dollar təşkil edib.

Kibercinayətkarlar tərəfindən oğurlanan bütün kriptovalyutaların təxminən 70%-i beş ən böyük hücumdan qaynaqlanır.  Eyni zamanda, bu il oğurlanan rəqəmsal vəsaitlərin miqdarı 2022-ci ilin ilk altı ayında oğurlanan rekord 2 milyard dollardan azdır. 2024-cü il kriptovalyutaların rekord kotirovkaları üçün əlamətdar olub – sonuncu dəfə bu, 2021-ci ilin ikinci yarısında müşahidə olunub.

Rəqəmsal aktivlərin oğurlanmasının ən çox yayılmış üsulu şəxsi açarlara icazəsiz giriş olub. Bu ilin ən böyük hücumu Yaponiyanın kriptovalyuta birjası “DMM Bitcoin”ə edilib – insident nəticəsində dəyəri 300 milyon dollardan çox olan 4500-dən çox token oğurlanıb.

Son xəbərlər
Digər xəbərlər