14 C
Baku
Saturday, October 5, 2024

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 40.6% artıb

2023-cü ilin ilk altı ayında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 111.55 milyard dollar olub, 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 40.6% artıb. Ölkələr arasında ticarət dövriyyəsinin 40.7% artdığı yanvar-may aylarından bu yana artım templəri faktiki olaraq dəyişməyib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Çin Rusiyaya 52.28 milyard dollar dəyərində mal ixrac edib ki, bu da 2022-ci ilin birinci yarısı ilə müqayisədə 78.1% çoxdur. Rusiyadan idxal 19.4% artaraq 62.26 milyard təşkil edib. İyun ayında ölkələr arasında ticarət dövriyyəsi 20.83 milyard dollar olub.

2022-ci ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 29.3% artaraq 190.27 milyard dollara çatıb ki, bu da rekord göstəricidir. Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin bildirib ki, Çin Rusiya ilə ticarət həcminə görə Avropa İttifaqını geridə qoyaraq Rusiyanın əsas tərəfdaşına çevrilib. Rusiyanın baş naziri Mixail Mişustin bildirib ki, Rusiya ilə Çin arasında transsərhəd ödənişlərin 70%-i rubl və yuanla həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər