26 C
Baku
Saturday, July 27, 2024

İlin ilk 10 ayında adambaşına düşən gəlirlər 4 617 manata düşüb

Azərbaycanda əhalinin nominal gəliri ilin yanvar-oktyabr ayları ərzində 46 056.8 milyon manat olub.

Bunu, Azərbaycanın Dövlət Statistika Komitəsi bildirib.

Əhalinin nominal gəlirlərinin həcmi öncəki ilin analoji dövrü ilə müqayisədə 1.4% azalıb. Əhalinin adambaşına düşən gəlirinin həcmi yanvar-oktyabr aylarında 2.1% azalmaqla 4 617.2 manata düşüb.

Oktyabr ayı ərzində isə 4 447.80 milyon manat əhalinin nominal gəliri olduğu göstərilir. İlin 10-cu ayında qeydə alınmış bu rəqəm aprel ayından (3 703.2 mln. manat idi) bu tərəfə müşahidə edilən ən aşağı göstəricidir.

Eləcə də, ay üzrə adambaşına düşən gəlir oktyabrda 444.2 manat olub. Bu isə 2019-cu ilin oktyabrında 453 manat idi.

56578

Son xəbərlər
Digər xəbərlər