9 C
Baku
Tuesday, December 16, 2025

İlin ilk 10 ayında Azərbaycan xaricdən 1 mln. üzərində smartfon idxal edib

2025-ci ilin ilk 10 ayında ölkəyə 1 milyon 81 min ədəd smartfon idxal olunub və bu idxalın ümumi dəyəri 344 milyon 206.58 min dollar təşkil edib.

Banker.az xəbər verir ki, 2024-cü ilin ilk 10 ayında əsas tədarükçülər üzrə idxal həcmi təxminən 1.17 mln. ədəd səviyyəsində olsa da, ümumi dəyər baxımından xeyli aşağı olub.

2025-ci ildə smartfon idxalında əsas pay yenə də Çinin payına düşüb. Bu ölkədən 863.7 min ədəd smartfon gətirilib və idxalın dəyəri 262.5 mln. dollar olub. 2024-cü ilin eyni dövründə isə Çindən 918 min ədəd smartfon idxal edilmiş, dəyərlə isə 243.3 mln dollar təşkil etmişdi.

Hesabat müddətində Vyetnamdan idxal edilən smartfonların sayı 205 min ədədə, dəyəri isə 74.8 mln. dollara yüksəlib. 2024-cü ildə Vyetnamdan idxal 179 min ədəd və 62.3 mln dollar təşkil edirdi.

Hindistandan idxal 2025-ci ildə kəskin azalıb. Belə ki, idxal olunan smartfonların sayı 11 min ədədə, dəyəri isə 6.6 mln. dollara enib. 2024-cü ilin ilk 10 ayında isə Hindistandan 65 min ədəd smartfon idxal edilmiş və bu idxalın dəyəri 15.98 mln. dollar olmuşdu.

Son xəbərlər
Digər xəbərlər