27 C
Baku
Saturday, July 27, 2024

İlin ilk 3 ayında ölkədə 8.3 mln. tondan çox neft hasil edilib

2022-ci ilin birinci rübü ərzində Azərbaycanda 8,3 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib. Hesabat dövründə 6,7 milyon tona yaxın neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilir ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2022-ci il tarixinədək 587 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 552 milyon tona yaxın neft, “Şahdəniz”dən isə 35 milyon tondan çox kondensat çıxarılıb.

Nazirliyin məlumatına əsasən, ölkədə neftin emalı 2022-ci ilin birinci rübündə 1,6 milyon ton təşkil edib.

Son xəbərlər
Digər xəbərlər