21 C
Baku
Tuesday, July 16, 2024

İlin ilk 4 ayında aqrar sahəyə 23 mln. manat güzəştli kredit verilib

Bu ilin yanvar- aprel ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 2027 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

Banker.az Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına istinadən xəbər verir ki, hesabat dövründə aqrar sektorda fəaliyyət göstərən 1037 fiziki və hüquqi şəxsə 23 milyon manat məbləğində güzəştli kredit verilib ki, bunun 18,3 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 0,3 milyon manatı güzəştli kreditlər, 4,4 milyon manatı isə mikrokreditlərdir.

Cari ilin ilk dörd ayında AKİA tərəfindən 1177 baş damazlıq heyvanın (301 baş iribuynuzlu, 876 baş xırdabuynuzlu) alışına 1,4 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 27,7 milyon manat məbləğində güzəştli vəsait ayrılıb.

Son xəbərlər
Digər xəbərlər