İlin ilk 5 ayında əhaliyə 3 mlrd. manata yaxın sosial ödənişlər verilib

2022-ci ilin yanvar-may aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2 mlrd. 717 mln. manat vəsait ödənilib.

Bu barədə Banker.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Fonddan bildirilir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 7.8% və ya 198 mln. manat çoxdur.

Qeyd edək ki, növbəti islahat paketi olaraq cari ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər