21 C
Baku
Monday, September 15, 2025

İlin ilk 8 ayında ölkədən minik avtomobilinin idxalına görə 1.24 mlrd. dollar valyuta çıxıb

Azərbaycana 2025-ci ilin ilk 8 ayında minik avtomobillərinin idxalı son bir ildə 53 006 ədəddən 68 295 ədədə yüksələrək təxminən  illik 29% artıb, bu da onların statistik dəyərinin 973,4 mln. $-dan 1,24 mlrd. $-a çatmasıdır, yəni dəyər baxımından artım 28% olub.

Banker.az xəbər verir ki,  bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Xüsusilə benzin mühərriki ilə yanaşı elektrik mühərriklə hərəkət edə bilən, amma xarici mənbədən enerji doldurma qabiliyyəti olmayan nəqliyyat vasitələrinin idxalı 9 261 ədəddən 11 531 ədədə qalxaraq 24% artıb. Eyni kateqoriyada olan və xarici mənbədən enerji doldura bilən hibrid avtomobillərin idxalı isə 4 243 ədəddən 25 652 ədədə yüksələrək 504% artım göstərib və bu qrupun dəyəri 150,2 mln. $-dan 491,2 mln. $-a yüksəlib.

Yalnız elektrik mühərriklə (e-car) hərəkət edən avtomobillərin idxalı isə 1 971 ədəddən 1 412 ədədə düşərək 28% azalıb.

 

 

Son xəbərlər
Digər xəbərlər