2026-cı ilin yanvarında Azərbaycandan 13 milyon 648 min dollar dəyərində 12 142 ton pomidor ixrac olunub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 7.3%, miqdar ifadəsilə 7% azalıb.
2025-ci ilin ilk ayında isə Azərbaycandan 14 milyon 715 min dollar dəyərində 13 040 ton pomidor ixrac olunmuşdu.
Bu il ümumi ixracının 0.61%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5.09%-i pomidorun payına düşüb.





