27 C
Baku
Saturday, July 27, 2024

İlin ilk hərracı: Yerli banklar AMB-nin 250 mln. təklifinə 1 mlrd. tələblə çıxdılar

6 yanvar 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100189S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 99.5167 (6.24%) və  99.5543 (5.76%) olan 27 sifariş təqdim edilmişdir.

Bildirək ki, AMB-nin qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

Hərracda sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,345,400 (1 mlrd) manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543  (5.76%), orta ölçülmüş qiyməti 99.5543  AZN (5.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 250,000,000.00 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 2021-ci ilin 3 fevralındadır.

Son xəbərlər
Digər xəbərlər