Azərbaycanda 2022-ci ilin ilk iki ayında hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə ödənişləri 72.3 mln. manat, yaxud 13.5% artıb.
Bu barədə Banker.az-ın əldə etdiyi rəsmi rəqəmlərdə bildirilir.
Məlumata görə, ilin yanvar-fevral ayında şirkətlər dövlət büdcəsinə 607.1 milyon manatlıq gəlir vergisi üzrə (hazırda 20%) ödəniş ediblər.
| Tarix (yanvar-fevral) | Ödəniş həcmi mln. manat |
| 2018 | 358,1 |
| 2019 | 404,3 |
| 2020 | 549,4 |
| 2021 | 534,8 |
| 2022 | 607,1 |








