26 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

İlin ilk yarımilliyində Yaşıl Kart Sistemi çərçivəsində 5 919 sığorta müqaviləsi rəsmiləşdirilib

Screen Shot 2021 09 02 at 14.34.20

2020-ci ilin yanvar-iyun ayları ərzində 8345 sığorta müqaviləsi rəsmiləşdirilmiş və 1,066,243.00 manat sığorta haqqı toplanmışdır. 2021-ci ilin müvafiq dövründə isə 5919 sığorta müqaviləsi rəsmiləşdirilmiş və həmin müqavilələr üzrə 1,237,159.00 manat sığorta haqqı toplanmışdır. 6 aylıq nəticələr bağlanan sığorta müqavilələrinin sayında 29% azalma, sığorta haqlarında isə 16% artımın olduğunu deməyə əsas verir.

Sığorta müqavilələrinin sayında azalma olsa da, toplanan sığorta haqlarında artım müşahidə olunmasının təməl səbəbi minik avtomobillərinin xarici dövlətlərə çıxışının kəskin azalmasıdır.

Beləliklə, 2020-ci ilin ilk 6 ayında Yaşıl Kart sığorta müqavilələri üzrə ortalama sığorta haqqı 127.77 manat, 2021-ci ilin müvafiq dövründə isə 209.35 manat olmuşdur.

Capture 1

 

Nəqliyyat vasitələrinin növləri üzrə sığorta haqları

Nəqliyyat vasitəsinin növü Yanvar-İyun, 2020 Yanvar-İyun, 2021
Müqavilə sayı Sığorta haqqı Müqavilə sayı Sığorta haqqı
Yük 4485 964,707.00 5282 1,202,763.00
Minik 3826 97,526.00 630 33,516.00
Avtobus 33 4,000.00 6 810.00
Motosiklet 1 10.00 1 70.0
Cəmi 8345 1,066,243.00 5919 1,239,159.00

 

 

2020-2021-ci illərin yanvar-iyun ayları üzrə verilmiş sığorta ödənişləri

2020-ci ilin yanvar-iyun ayları ərzində 193 yol nəqliyyat hadisəsinə görə 498,353.01 manat, 2021-ci ilin müvafiq dövründə isə 100 yol nəqliyyat hadisəsinə görə 258,696.47 manat sığorta ödənişi həyata keçirilmişdir.
2020-ci ilin yanvar-iyun ayları ərzində bir hadisə üzrə ortalama sığorta ödənişi 2,570 manat, 2021-ci ilin yanvar-iyun ayları ərzində isə 2,587 manat təşkil etmişdir.

 

Ölkələr üzrə hadisələrin sayı və sığorta ödənişləri
Ölkələr Yanvar-İyun, 2020 Yanvar-İyun, 2021
Hadisə sayı Sığorta ödənişi Hadisə sayı Sığorta ödənişi
Rusiya 141 325,628.17 49 123,118.22
Türkiyə 47 157,813.92 44 112,213.09
Digər 5 14,910.92 7 23,365.16
Cəmi 193 498,353.01 100 258,696.47
Hadisələrin önəmli hissəsi 2020 və 2021-ci ilin ilk 6 ayında Rusiya və Türkiyə Respublikasında baş vermişdir.

Ölkələr və nəqliyyat vasitəsi növləri üzrə hadisələrin sayı

Ölkələr

NV növü

Yanvar-İyun, 2020 Yanvar-İyun, 2021
Yük Minik Avtobus Cəmi Yük Minik Avtobus Cəmi
Rusiya 78 61 2 141 38 11 49
Türkiyə 32 15 47 32 12 44
Digər 5 5 6 1 7

 

Zərərlilik nisbəti

2020-2021-ci illərin ilk 6 aylıq dövrünə əsasən xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri ciddi fərqlilik göstərməkdədir. Belə ki, 2020-ci ilin ilk yarısında toplanan sığorta haqlarının 47%-i həcmində sığorta ödənişi verilmiş, 2021-ci ilin müvafiq dövründə isə bu nisbət 21% olaraq ortaya çıxmışdır. Zərərlilik nisbətinin azalmasının əsas səbəbi Yaşıl Kart müqaviləsi əldə edən yük avtomobillərinin sayının artması və minik avtomobillərinin sayının azalması ilə bağlıdır.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər