9 C
Baku
Thursday, December 12, 2024

İlin ilk yarısında Azərbaycan BƏƏ-nin iqtisadiyyatına $400 mln. investisiya yatırıb

Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyatına yönəldilmiş birbaşa investisiyaların həcmi cari ilin ilk yarısında illik müqayisədə kəskin artıb və ölkəmizin xaricə birbaşa investisiyasında ən çox pay BƏƏ-dədir.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ilin ilk yarısında BƏƏ iqtisadiyyatına 396.95 milyon ABŞ dolları həcmində birbaşa investisiya yatırılıb.

Bu da 2023-cü ilin eyni dövründə qeydə alınmış 62.56 milyon manatı 334.39 milyon dollar və ya 5.4 dəfə üstələyib.

Eyni zamanda BƏƏ də Azərbaycan iqtisadiyyatına birbaşa yatırımların həcmini kəskin artırıb. Keçən yarım il ərzində Körfəz ölkəsinin Azərbaycana investisiyasının həcmi 236.54 milyon dollar olub. Keçən ilin eyni dövründə bu məbləğ cəmi 64.83 mln. manat təşkil etmişdi.

Son xəbərlər
Digər xəbərlər