2 C
Baku
Saturday, December 14, 2024

İlin ilk yarısında “Rabitəbank” 10.38 mln. manat xalis mənfəət əldə edib – İkiqat artım!

“Rabitəbank” ASC-nin xalis mənfəəti iki dəfə artaraq 10.38 mln. manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə bankın 2023-cü ilin ikinci rübünə olan maliyyə hesabatında deyilir.

“Rabitəbank” ASC-nin faiz gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10.52 mln. manat və ya 33% artaraq 42.1 mln. manata yüksələrkən qeyr-faiz gəlirləri 1% azalaraq 22.19 mln. manata düşüb.

Faiz xərclərinin həcmi illik müqayisədə 52% artaraq 13.51 mln. manat, qeyri-faiz xərcləri isə 15% artaraq 39.9 mln. manata yüksəlib.

Əməliyyat gəlir və xərcləri fərqindən bankın 10.89 mln. manat əməliyyat mənfəəti yaranıb. 2022-ci ildə 10.3 mln. manat əməliyyat mənfəəti əldə etmişdi.

Bankın böyük həcmdə xalis mənfəət etməsini dəstəkləyən əsas amil, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatların öncəki ilin ilk 6 ayında 5.14 mln. manat olduğu halda, 2023-cü ilin müvafiq dövründə 0.51 mln. manatdan aşağı olmasıdır.

1 iyul 2023-cü il tarixinə bankın balansında 1.24 mln. manat bölüşdürülməmiş mənfəət yaranıb.

30/06/2023 30/06/2022
1 Faiz gəlirləri: 42,105 31,580
1.1 Müştərilərə verilmiş kreditlər 37,153 27,892
1.2 Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 362 188
1.3 Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 1,486 191
1.4 Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 3,085 3,308
1.5 Digər faiz gəlirləri 19 2
2 Faiz xərcləri: 13,512 8,868
2.1 Depozitlər üzrə faizlər 7,344 4,437
2.2 Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 1 2
2.3 Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 1,279 495
2.4 Pul bazarı alətlərinə ödənilən faizlər 116 34
2.5 Qiymətli kağızlar üzrə faizlər 0 0
2.6 Digər faiz xərcləri 4,772 3,901
3 Xalis faiz gəliri(zərəri) 28,593 22,712
4 Qeyri-faiz gəlirləri: 22,195 22,346
4.1 Alınan haqq və kommisiya gəliri 17,148 15,495
4.2 Xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla 1,821 3,576
4.3 Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir/zərər 8 6
4.4 Digər gəlirlər 3,218 3,269
5 Qeyri-faiz xərcləri: 39,901 34,760
5.1 Əmək haqqı və digər kompensiya növləri üzrə xərclər 11,971 10,300
5.2 Ümumi və inzibati xərclər 19,634 16,784
5.3 Amortizasiya xərcləri 3,594 3,235
5.4 Digər xərclər 4,702 4,441
6 (Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar) 506 5,137
7 Mənfəət vergisindən əvvəlki mənfəət(zərər) 10,382 5,160.79
8 Mənfəət vergisi 0 0
9 Dövr üzrə xalis mənfəət 10,382 5,161

 

Maliyyə vəziyyəti haqqında hesabat
min manatla
30/06/2023 31/12/2022
1 Aktivlər: 1,025,467 954,990
1.1 Nağd pul vəsaitləri və  ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait 162,933 122,363
1.2 Ticarət və investisiya qiymətli kağızları 96,177 117,919
1.3 Banklar və digər maliyyə institutlarındakı depozitlər 0 8,500
1.4 Banklar və digər maliyyə institutlarına verilən kreditlər 27,355 45,157
1.5 Müştərilərə verilmiş kreditlər 681,771 610,877
1.5.1 a) istehlak kreditləri 230,029 205,605
1.5.2 b) biznes kreditləri 333,624 305,404
1.5.3 c) daşınmaz əmlak kreditləri 118,118 99,868
1.5.4 d) digər kreditlər 0 0
1.5.5 (Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat) 20,500 23,850
1.5.6 Müştərilərə verilmiş kreditlər (xalis) 661,271 587,027
1.6 Əmlak və avadanlıqlar 12,897 12,807
1.7 Qeyri-maddi aktivlər 768 834
1.8 Təxirə salınmış vergi aktivləri 0 0
1.9 Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat 0 0
1.10 Digər aktivlər 64,067 60,384
2 Öhdəliklər: 912,532 843,394
2.1 Depozitlər 611,588 607,004
2.1.1 a) fiziki şəxslərin depozitləri 356,362 317,032
2.1.2 b) hüquqi şəxslərin depozitləri 255,225 289,972
2.2 Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər 2,268 2,268
2.3 Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 231,258 193,171
2.4 Borc qiymətli kağızları 15,015 0
2.5 Cari vergi öhdəlikləri 0 0
2.6 Təxirə salınmış vergi öhdəliyi 0 0
2.7 Subordinasiya borc öhdəlikləri 5,950 5,950
2.8 Digər öhdəliklər 46,453 35,001
3 Kapital: 112,935 111,596
3.1 Səhmdar kapitalı 101,300 101,300
3.2 Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər) 0 0
3.3 Bölüşdürülməmiş mənfəət 1,241 859
3.4 Ümumi ehtiyatlar: 10,394 9,437
3.4.1 a) kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar 6,928 6,099
3.4.2 b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar 3,463 3,463
3.4.3 c) digər ümumi ehtiyatlar 3 -125
4 Cəmi öhdəliklər və kapital 1,025,467 954,990
Son xəbərlər
Digər xəbərlər